Messidən duyğusal PAYLAŞIM
Argentina millisinin kapitanı Lionel Messi futbol üzrə dünya çempionatının finalında İspaniyaya məğlub olduqdan sonra azarkeşlərə duyğusal mesaj ünvanlayıb.
Redaktor.az xəbər verir ki, Messi instaqram hesabında paylaşdığı açıqlamada finaldakı məğlubiyyətin onun üçün ağır olduğunu bildirib.
“Bu məğlubiyyətin acısı çox böyükdür və bu yaranın sağalması zaman alacaq. Amma geriyə baxanda gözəl xatirələri də xatırlayıram. Son ana qədər mübarizə apararaq çevirdiyimiz oyunlar, yadda qalan anlar və bütün ölkənin dəstəyi bizim üçün əvəzolunmaz idi”, - deyə o qeyd edib.
Argentina millisinin kapitanı komandasının iki dünya çempionatında ardıcıl finala yüksəlməsinin böyük nailiyyət olduğunu vurğulayıb.
“Bu komandanın əzmkarlığı və fədakarlığı sayəsində yenidən dünyanın ən güclü komandaları arasında yer aldıq. Bunu bu gün qəbul etmək çətin olsa da, ardıcıl iki Dünya Çempionatının finalına yüksəlmək böyük uğurdur”, - deyə o bildirib.
Messi, həmçinin, turnir boyunca dəstək göstərən azarkeşlərə təşəkkür edib və sonda dünya çempionu olan İspaniya millisini təbrik edib.
“Mənə göndərdiyiniz bütün təbrik və dəstək mesajlarına ürəkdən təşəkkür edirəm. Bir daha bütün ölkə olaraq birləşdik və argentinalı olmağın qürurunu yaşadıq. Sonda isə İspaniyanı qazandığı dünya çempionluğu münasibətilə təbrik edirəm”, - deyə argentinalı ulduz əlavə edib.













