Dünya çempionu olan qapıçı "Zirə"də

 13:10 21.07.2026     259

Minifutbol üzrə Azərbaycan millisinin qapıçısı Vəli Qafarov "Zirə"yə keçib.

Redaktor.az xəbər verir ki, bu barədə "Qaynarinfo"ya təcrübəli qapıçı özü məlumat verib.

O, "qartallar"la 1 illik müqavilə imzaladığını bildirib.

Vəli Qafarov son olaraq "Birbaşa"da çıxış edib. O, Azərbaycan yığması ilə dünya və Avropa çempionu olub.

Vumart və Güvən reklamı Vumart Güvən