Portuqaliya millisinin yeni baş məşqçisi Kriştianu Ronaldu barədə DANIŞDI
Portuqaliya millisinin yeni baş məşqçisi Jorje Jezuş komandanın kapitanı və hücumçusu Kriştianu Ronaldunun gələcəyi ilə bağlı qərarın hələ verilmədiyini bildirib.
Redaktor.az xəbər verir ki, bu barədə o, Footmercato nəşrinə açıqlamasında danışıb.
"Qərar verməyin vaxtı çatanda Kriştianu ilə, eləcə də digər bütün futbolçularla şəxsən danışacağam. Kriştianu Portuqaliyanın simvoludur və onun adı ölkə futbolunun tarixinə əbədi həkk olunacaq. "Əl-Nəsr"də onunla işləmək mənə böyük zövq verdi. Mən futbolçuları yaşına görə qiymətləndirmirəm. Bu, Kriştianuya da aiddir", – deyə Jezuş bildirib.
Xədicə BAXIŞLI













