"Arsenal" yunanıstanlı futbolçu ilə ANLAŞDI

 19:00 23.07.2026     283

"Brügge"nin yunanıstanlı yarımmüdafiəçisi Xristos Dzolis "Arsenal"a transfer olunub.

Redaktor.az xəbər verir ki, bu barədə London klubunun rəsmi saytında məlumat verilib.

Məlumata görə, 24 yaşlı futbolçu ilə 2031-ci ilin iyununa qədər müqavilə imzalanıb.

Daha əvvəl gənc futbolçunun İngiltərə təmsilçisinə 40 milyon avroya başa gələcəyi barədə məlumatlar yayılmışdı.

Yunanıstanlı oyunçu Belçika komandasının heyətində bütün turnirlərdə ümumilikdə 108 oyun keçirib. O bu oyunlarda 43 qol vurub və 45 məhsuldar ötürmə ilə yadda qalıb.

Vumart və Güvən reklamı Vumart Güvən