Yamal heç vaxt Messi kimi olmayacaq - Arşavin

 19:10 23.07.2026     388

Rusiya millisinin sabiq futbolçusu Andrey Arşavin “Barselona”nın və İspaniya millisinin gənc ulduzu Lamin Yamalın “İnter Mayami”nin argentinalı hücumçusu Lionel Messi ilə müqayisəsi barədə fikirlərini bölüşüb.

Redaktor.az xəbər verir ki, Andrey Arşavin bu barədə "YouTube" layihələrinin birinə açıqlamasında bildirib.

Arşavindən Yamalın niyə heç vaxt Messi səviyyəsinə çata bilməyəcəyi soruşulub. Cavabında Arşavin Yamalın Messi ilə müqayisədə daha az istedada malik olduğunu deyib.

19 yaşlı futbolçuda nəyin çatışmadığı ilə bağlı suala isə Arşavin belə cavab verib:

“Topla davranışı və futbol düşüncəsi. Bunlar çatışmır”.

Qeyd edək ki, 2026-cı il dünya çempionatının finalında İspaniya Messinin kapitanı olduğu Argentina millisini 1:0 hesabı ilə məğlub edib.

Vumart və Güvən reklamı Vumart Güvən