"Şamaxı" Qətər klubuna böyük hesabla qalib gəldi
"Şamaxı" futbol klubu yeni mövsümə hazırlıq çərçivəsində ikinci yoxalama oyununa çıxıb.
Redaktor.az xəbər verir ki, "Şamaxı" Qətərin "Əl-Xəritiyyət" klubu ilə qarşılaşıb.
Qəbələdə keçirilən görüş "Şamaxı"nın 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Qolları Uğur Cahangirov, Edqar Adilxanov və Emin Rüstəmov vurublar.
Qeyd edək ki, "Şamaxı" ilk yoxlama matçında "Kəpəz"lə qolsuz heç-heçə edib.













