Azərbaycanın FIFA referisi UEFA Konfrans Liqasına təyinat aldı

 13:23 27.07.2026     425

Azərbaycanın FIFA referisi Kamal Umudlu UEFA Konfrans Liqasının II təsnifat mərhələsində keçiriləcək oyuna təyinat alıb.

Redaktor.az xəbər verir ki, o, “Dinamo Siti” (Albaniya) – “Aluminiy” (Sloveniya) qarşılaşmasının baş hakimi olacaq.

Kamal Umudluya Namik Hüseynov və Vüsal Məmmədov kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə İnqilab Məmmədov yerinə yetirəcək.

Qeyd edək ki, cavab görüşü iyulun 30-da Elbasan şəhərinin eyniadlı stadionunda keçiriləcək. Matç Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Vumart və Güvən reklamı Vumart Güvən