"Trabzonspor" "Qalatasaray"dan 3 milyon avro tələb EDİR
Türkiyə Superliqasında Çempionlar Liqasına vəsiqə qazanılması fonunda klublar arasında maliyyə mübahisəsi yaranıb.
Redaktor.az xəbər verir ki, "Trabzonspor" rəhbərliyi Uğurcan Çakırın müqaviləsindəki xüsusi bəndə əsasən "Qalatasaray"dan 3 milyon avro tələb edib.
Qara dəniz təmsilçisi "sarı-qırmızılılar"ın Çempionlar Liqası bonusu şərtini yerinə yetirərək məbləğin ödənilməsini istəyib.
Məsələ ilə bağlı İstanbul klubunun yaxın günlərdə rəsmi cavab verəcəyi bildirilir.












