"Beşiktaş" Avropa Liqasında növbəti mərhələyə KEÇDİ
UEFA Avropa Liqasının II təsnifat mərhələsinin cavab oyununda Türkiyənin "Beşiktaş" klubu Danimarkanın "Midtyulland" komandası ilə qarşılaşıb.
Redaktor.az xəbər verir ki, görüş İstanbul təmsilçisinin 0:2 hesablı qələbəsi ilə başa çatıb.
"Beşiktaş"ın qollarını 70-ci dəqiqədə Milot Raşitsa, 76-cı dəqiqədə isə Orkun Kökçü vurub.












