“Santos”un muzeyində Neymarın heykəli qoyuldu

 17:37 31.07.2026     396

Braziliya futbolunun ulduzu Neymarın büstü və heykəli “Santos” klubunun muzeyində nümayiş etdirilməyə başlayıb.

Redaktor.az xəbər verir ki, muzeydə 34 yaşlı hücumçunun imzaladığı forma da sərgilənir.

Neymar “Santos”un yetirməsidir və peşəkar futbolçu karyerasına məhz bu klubda başlayıb. O, 2009-2013-cü illərdə Braziliya təmsilçisinin formasını geyinib, 2025-ci ildə isə doğma komandasına qayıdıb.

Təcrübəli futbolçu “Santos”la 2011-ci ildə Libertadores Kubokunun qalibi olub.

Vumart və Güvən reklamı Vumart Güvən