İnfantino FİFA-dan gedə bilər
FİFA prezidenti Canni İnfantinonun istefaya yaxın olduğu iddia edilir.
Redaktor.az xəbər verir ki, bu barədə jurnalist Romen Molina X sosial şəbəkəsində paylaşım edib.
Onun sözlərinə görə, Canni İnfantino FİFA rəsmilərinin dəstəyini və təşkilat üzərində nəzarəti itirib. Bu səbəbdən onun yaxın vaxtlarda vəzifəsini tərk edə biləcəyi bildirilir.
Xatırladaq ki, daha əvvəl "The Telegraph" nəşri İnfantinonun dünya çempionatının bir hissəsinin özəl investorlara satılması ilə bağlı təklifi nəzərdən keçirdiyini yazmışdı. Məlumata görə, FİFA turnirin idarəçiliyini ayrıca şirkətə ayırmağı və həmin şirkətin səhmlərinin təxminən 20-30 faizini investorlara satmağı planlaşdırır.
Xədicə BAXIŞLI












