Ferran Torres PSJ-nin hədəfində

 20:23 01.08.2026     414

PSJ "Barselona"nın hücumçusu Ferran Torresi transfer etmək üçün danışıqlara başlayıb.

Redaktor.az xəbər verir ki, bu barədə jurnalist Fabritsio Romano məlumat yayıb.

Bildirilir ki, Paris klubu 26 yaşlı ispaniyalı forvardı yay transfer pəncərəsi bağlanmadan heyətinə qatmağı hədəfləyir. "Barselona" isə futbolçunu yalnız onun ayrılmaq istəyi olacağı halda buraxmağa hazırdır.

Qeyd edək ki, Torres ötən mövsüm 49 matçda 21 qol vurub və 3 məhsuldar ötürmə edib. O, DÇ-2026-nın finalında Argentinaya vurduğu qolla İspaniyaya çempionluq qazandırmışdı.

Vumart və Güvən reklamı Vumart Güvən