Xulian Alvaresdən “Barselona”ya keçid mesajı? – FOTO

 02:03 05.08.2026     531

“Atletiko Madrid”in argentinalı hücumçusu Xulian Alvaresin sosial şəbəkə paylaşımı futbol gündəmini silkələyib.

Redaktor.az xəbər verir ki, 26 yaşlı forvard əvvəlcə “Barselona” formasında fotosunu paylaşıb. Ardınca isə “Xəyalımdakı komandamla ilk Çempionlar Liqası titulunu qazanmağa hazırsınızmı?” sözlərini yazaraq diqqətçəkən status yayımlayıb.

Alvaresin bu paylaşımı onun “Barselona”ya keçidinin artıq razılaşdırıldığı barədə iddiaları gücləndirib.

Qeyd edək ki, “Barselona”nın argentinalı futbolçuya maraq göstərdiyi barədə uzun müddətdir məlumatlar yayılır. Lakin “Atletiko Madrid” rəhbərliyi daha əvvəl Alvaresi satmaq niyyətində olmadığını açıqlayıb.
Alvaresin adı daha əvvəl İngiltərənin “Arsenal” klubu ilə də hallanıb.

Turan ASLAN

22
Vumart və Güvən reklamı Vumart Güvən