“Qarabağ” Polşaya yola düşdü - FOTO

 19:25 05.08.2026     357

UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin ilk oyununda Ukraynanın “Dinamo” (Kiyev) klubunun qonağı olacaq “Qarabağ” matçın keçiriləcəyi Polşaya yollanıb.

Redaktor.az klubun rəsmi saytına istinadən xəbər verir ki, komanda bu gün Heydər Əliyev Beynəlxalq Aeroportundan Lublin şəhərinə yola düşüb.

Qeyd edək ki, avqustun 6-da "Lublin Arena"da təşkil olunacaq "Dinamo" - "Qarabağ" matçı Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. Komandalar arasında cavab görüşü isə avqustun 13-də Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq.

 

 

Vumart və Güvən reklamı Vumart Güvən