"Qarabağ"ın qol problemi narahatlıq yaradır" - İdman jurnalisti

 14:46 06.08.2026     412

Bu gün "Qarabağ" Konfrans Liqasının 3-cü təsnifat mərhələsində Kiyev "Dinamo"su ilə ilk oyuna çıxacaq.

Oyun haqqında düşüncələrini Redaktor.az-a danışan idman jurnalisti Orxan Sübhan bildirdi ki, "Qarabağ"ın son oyunlarda göstərdiyi nəticələr əslində o qədər də ümidverici deyil:

"Çünki son iki oyunda, bu yaxınlarda sabiq Ukrayna millisinin və "Dinamo Kiyev"in keçmiş futbolçusu Artem Milevski də öz açıqlamasında qeyd etmişdi ki, "Qarabağ" son iki oyunda bir dənə də olsun qol vura bilməyib. Bizi ən çox narahat edən məqam da məhz budur. Qaldı ki, oyunun nəticəsinə, ümid edirəm ki, "Qarabağ" bu dəfə üzümüzü güldürəcək. Çünki komandanın artıq səhv etmək şansı qalmayıb. Bu oyunda ən azı uduzmamaq lazımdır ki, növbəti mərhələyə yüksəlmək və UEFA Konfrans Liqasına vəsiqə qazanmaq mümkün olsun. "Qarabağ" illərdir azarkeşlərini sevindirir, uğurlu nəticələr qazanır. Bu dəfə də UEFA Konfrans Liqasına yüksəlmək üçün bu cütdən qalib ayrılmalıdır. Ümid edək ki, Qurban Qurbanovun komandası Polşadan hamımızın arzuladığı nəticə ilə qayıdacaq".

NURİYYƏ

Vumart və Güvən reklamı Vumart Güvən