"Dinamo Kiyev" əvvəlki gücündə deyil, "Qarabağ" qalib gələ bilər" - PROQNOZ

 17:15 06.08.2026     427

""Dinamo Kiyev" tarixi böyük olan komandadır. Keçmiş SSRİ-nin ən güclü komandalarından biri, hətta demək olar ki, birincisi olub. Bu komanda ilə qarşılaşmaq və onun oyununu izləmək futbolsevərlər üçün həqiqətən də maraqlıdır. Qarşılaşmanın gərgin mübarizə şəraitində keçəcəyi gözlənilir".

Bu fikirləri Redaktor.az-a açıqlamasında idman eksperti Kənan Məstəliyev bu gün  "Qarabağ"ın  Konfrans Liqasının 3-cü təsnifat mərhələsində Kiyev "Dinamo"su ilə oyunundan danışarkən səsləndirdi.

""Dinamo Kiyev" ad baxımından böyük klub olsa da, hazırda əvvəlki gücündə deyil. Komanda son illərdə ciddi geriləyib. Ötən mövsüm Ukrayna çempionatında yalnız dördüncü yeri tutub. Avrokuboklardakı çıxışı da əvvəlki illərlə müqayisədə o qədər də uğurlu deyil. Heyət baxımından da yüksək səviyyəli komanda təsiri bağışlamır. Hazırda orta səviyyəli komandadır və "Qarabağ"ın gücü çata biləcəyi rəqibdir".

Tanınmış idman jurnalisti vəzifəsindən ayrıldı - Oxu.az

Müsahibimizin fikrincə, bu cütün favoriti "Qarabağ"dır:

"İstər səfərdə, istərsə də evdə qələbəyə daha yaxın tərəf məhz Azərbaycan təmsilçisidir. "Qarabağ"ın son illərdə avrokuboklarda nümayiş etdirdiyi oyun, sürət və oyun tempi hazırkı "Dinamo Kiyev" üçün əlçatmaz görünür. "Qarabağ" ötən həftə Sofiyada göstərdiyi oyunu bu dəfə də sərgiləyə və həmin tempi qoruya bilsə, bugünkü qarşılaşmada rahatlıqla qələbə qazana bilər. Hesab edirəm ki, "Qarabağ" daha güclü tərəfdir. Mən düşünürəm ki, bu oyunda ən azı minimal hesablı qələbə qazanacağıq, üstünlük əldə edəcəyik və Bakıda keçiriləcək cavab görüşündə bu məsələyə nöqtə qoyaraq Konfrans Liqasının pley-off mərhələsinə vəsiqə qazanacağıq".

Xədicə BAXIŞLI

Vumart və Güvən reklamı Vumart Güvən