UEFA Superkubokunun favoriti bəlli OLDU
UEFA Superkuboku matçının favoriti açıqlanıb.
Redaktor.az xəbər verir ki, bukmeker şirkətlərinin qiymətləndirməsinə görə, UEFA Superkuboku uğrunda keçiriləcək oyunda PSJ favorit hesab olunur.
Mütəxəssislər Çempionlar Liqasının son qalibi PSJ-nin "Aston Villa" ilə qarşılaşmada qələbə şansını daha yüksək qiymətləndirirlər. Fransa klubunun qalibiyyətinə 1,77, heç-heçəyə 3,90, İngiltərə təmsilçisinin qələbəsinə isə 4,40 əmsal verilib.
PSJ ilə "Aston Villa" arasında UEFA Superkuboku oyunu avqustun 12-də Avstriyanın Zalsburq şəhərində yerləşən "Red Bull Arena" stadionunda keçiriləcək.
Xədicə BAXIŞLI













