"Qarabağ" ilk matçdan məğlub AYRILDI
UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin ilk oyununda "Qarabağ" Ukraynanın "Dinamo Kiyev" komandasına məğlub olub.
Redaktor.az xəbər verir ki, Polşanın Lyublin şəhərində yerləşən "Lublin Arena" stadionunda keçirilən qarşılaşma Ukrayna təmsilçisinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Oyunda yeganə qolu 10-cu dəqiqədə Matvey Ponomarenko vurub.
Beləliklə, "Qarabağ" cavab oyunu öncəsi minimal hesablı məğlubiyyət alıb.













