“Mançester Yunayted” türkiyəli qapıçını icarəyə VERDİ

 18:54 07.08.2026     289

İngiltərənin "Mançester Yunayted" klubu Türkiyə millisinin qapıçısı Altay Bayındırın İspaniyanın "Selta" komandasına icarəyə verildiyini açıqlayıb.

Redaktor.az xəbər verir ki, 28 yaşlı qolkiper 2026–2027-ci illər mövsümünün sonunadək La Liqa təmsilçisinin formasını geyinəcək.

Altay Bayındır 2023-cü ildən "Mançester Yunayted"də çıxış edir. O, İngiltərə klubunun heyətində 17 oyunda meydana çıxıb, 31 top buraxıb və 3 qarşılaşmada qapısını toxunulmaz saxlayıb.

Vumart və Güvən reklamı Vumart Güvən