“Neftçi”nin hücumçusu “Araz-Naxçıvan”da

 14:19 10.08.2026     253

“Araz-Naxçıvan” “Neftçi”nin futbolçusu Ağadadaş Salyanskini heyətinə cəlb edib.

Klubdan Redaktor.az-a verilən məlumata görə, futbolçu icarə əsasında “qırmızı-ağlar”ın formasını geyinəcək. 22 yaşlı forvardla anlaşma 1 illikdir.

Qeyd edək ki, “Araz-Naxçıvan” buna qədər Tərlan Əhmədli, Ömər Buludov, İbrahim Piriyev, Ülvi İsgəndərov, Rəşad Həsənov, Alberto Qarsia Fernandes, Alexandro Herrera, Rövlan Muradov, İssuf Paro, Bruno Franko, Artur Auqusto Da Silva, Mara Mohamed, Abdallah Sudi, Mamadu Kane, Mustafa Əhmədzadə və Luka Dumançiçlə müqavilə imzalayıb.

Vumart və Güvən reklamı Vumart Güvən