Messi atasının vida mərasiminə daxil olan media nümayəndələrini məhkəməyə VERƏCƏK

 21:02 10.08.2026     330

“İnter Mayami” klubunun hücumçusu Lionel Messi atası Xorxenin vida mərasiminə daxil olan media nümayəndələrini məhkəməyə verməyi planlaşdırır.

Redaktor.az xəbər verir ki, bu barədə jurnalist Fran Kasaretto “X” sosial şəbəkəsində məlumat yayıb.

Onun sözlərinə görə, 39 yaşlı futbolçu şəxsi həyatın toxunulmazlığının pozulması ilə bağlı məhkəməyə müraciət etməyi planlaşdırır.

Xorxe Messi ömrünün son aylarında sağalmaz xəstəliklə mübarizə aparıb və avqustun 8-də vəfat edib. Vida mərasimi avqustun 9-da yüksək təhlükəsizlik tədbirləri görülməklə, qapalı şəkildə keçirilib.

Messi 2026-cı il dünya çempionatından sonra iyulun 22-də doğulduğu Rosario şəhərinə gedib. KİV-də yayılan məlumatlara görə, futbolçu bu müddəti atası ilə keçirmək qərarına gəlib. İyun ayında Messi ailəsi Xorxenin səhhətində problemlər olduğunu təsdiqləsə də, onun diaqnozu barədə məlumat verməyib.

Dünya çempionatında Messi 8 qol vuraraq bombardirlər siyahısında ikinci olub. İlk pillədə isə 10 qolla Kilian Mbappe qərarlaşıb.

2026-cı il dünya çempionatının finalında İspaniya millisi Argentinanı 1:0 hesabı ilə məğlub edib. Qarşılaşmanın əsas vaxtı 0:0 hesabı ilə başa çatıb. Əlavə vaxtın ikinci hissəsində “Barselona”nın 26 yaşlı hücumçusu Ferran Torres İspaniyaya qələbə qazandıran yeganə qolu vurub.

Xədicə BAXIŞLI

Vumart və Güvən reklamı Vumart Güvən