Çempionlar Liqası: "Sabah" cavab matçına çıxacaq

 09:32 11.08.2026     255

"Sabah" UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində bu gün Danimarka təmsilçisi "Orhus"la cavab matçına çıxacaq.

Redaktor.az xəbər verir ki, qarşılaşma Masazırdakı "Bank Respublika Arena"da keçiriləcək.

Fransalı FIFA referisi Villi Delajonun idarə edəcəyi görüşə saat 20:00-da start veriləcək.

Qeyd edək ki, komandalar arasında Danimarkada baş tutan ilk oyunda "Orhus" 2:1 hesablı qələbə qazanıb.

Vumart və Güvən reklamı Vumart Güvən