"Onu vəzifədən uzaqlaşdırmaq dəhşətli səhv olar" - Trampdan İnfantino ilə bağlı AÇIQLAMA

 11:03 11.08.2026     239

ABŞ Prezidenti Donald Tramp FIFA prezidenti Canni İnfantinonun vəzifəsindən kənarlaşdırılmasının böyük səhv olacağını bildirib.

Redaktor.az xəbər verir ki, Tramp bu barədə “Truth Social” sosial şəbəkəsində paylaşım edib.

ABŞ lideri İnfantinonu yüksək qiymətləndirərək onun FIFA rəhbəri kimi fəaliyyətini müsbət dəyərləndirib.

“O, fantastikdir. O, əvvəlkilərdən dörd dəfə daha uğurlu olan Dünya Kubokuna rəhbərlik etdi”, – deyə Tramp bildirib.

Tramp həmçinin qeyd edib ki, İnfantino olmasa, gələcək Dünya Kuboklarının uğurlu və gəlirli keçirilməsi mümkün olmayacaq.

ABŞ Prezidentinin bu açıqlaması FIFA-nın kommersiya fəaliyyətlərini özəl investorlarla birləşdirmək məqsədilə “FIFA Forward Enterprise” yaratmaq planı ətrafında yaranan mübahisələr fonunda səslənib.

Təklif UEFA tərəfindən kəskin reaksiyaya səbəb olub və bəzi milli federasiyaların Dünya Kubokunu boykot edə biləcəyi barədə xəbərlər yayılıb. Canni İnfantino daha sonra layihə ətrafında yaranmış mübahisəni etiraf edib və təşəbbüsdən imtina edib.

Qeyd edək ki, Canni İnfantino 2016-cı ildən FIFA prezidenti vəzifəsini icra edir. İsveçrəli futbol funksioneri 2019 və 2023-cü illərdə keçirilən seçkilərdə yenidən bu vəzifəyə seçilib.

Aminə ŞAHSUVARQIZI

Vumart və Güvən reklamı Vumart Güvən