Messidən kədərli QƏRAR: Atasının ölümündən sonra oyunları buraxacaq
Argentina millisinin və ABŞ-nin “İnter Mayami” klubunun hücumçusu Lionel Messi atasının vəfatından sonra bir müddət futboldan uzaq qalacaq.
Redaktor.az xəbər verir ki, bu barədə xarici media məlumat yayıb.
Bildirilir ki, 39 yaşlı futbolçu atası Xorxe Messinin vəfatından sonra doğma şəhəri Rosarioda qalacaq və “İnter Mayami”nin qarşıdakı oyunlarında iştirak etməyəcək. Onun komandaya nə vaxt qayıdacağı hələ məlum deyil.
Qeyd edək ki, Xorxe Messi avqustun 8-də 68 yaşında vəfat edib. O, Lionel Messinin karyerasında mühüm rol oynayıb və uzun illər oğlunun nümayəndəsi kimi fəaliyyət göstərib.
Messinin atasının vəfatından sonra “İnter Mayami”nin futbolçusu üçün qeyri-müəyyən müddətə məzuniyyət verdiyi bildirilir.
Aminə ŞAHSUVARQIZI













