"Sabah" - "Orhus" matçı bu telekanalda yayımlanacaq

 13:17 11.08.2026     234

Bu gün UEFA Çempionlar Liqasında azarkeşlərin böyük maraqla gözlədiyi bir sıra qarşılaşmalar keçiriləcək.

Redaktor.az xəbər verir ki, Azərbaycanda əsas diqqət təbii ki, "Sabah" - "Orhus" matçına yönəlib.

Komandamız Bakıda Danimarka çempionuna qalib gəlməlidir. Tərəflər arasında Danimarkada keçirilən ilk matçda "Orhus" 2:1 hesablı qələbə qazanıb. 

Saat 20:00-da keçiriləcək görüşü fransalı hakimlər briqadası idarə edəcək. 

Qeyd edək ki, “Bank Respublika Arena”da keçiriləcək matç İctimai Televiziyada yayımlanacaq.

Vumart və Güvən reklamı Vumart Güvən