“Şəfa” 4 gənc futbolçunu heyətinə qatdı

 13:21 12.08.2026     313

“Şəfa” klubu növbəti transferlərini reallaşdırıb.

Klubdan Redaktor.az-a verilən məlumata görə, Bakı təmsilçisi 4 gənc futbolçunu heyətinə qatıb. 19 yaşlı qapıçı Ayxan Əlizadə, 20 yaşlı müdafiəçi Nurhan Abdıyev, 19 yaşlı yarımmüdafiəçi Eltun Babazadə və 20 yaşlı vinger Elmar Məmmədovla müqavilə imzalanıb.

Qeyd edək ki, Ayxan Əlizadə, Elmar Məmmədov və Eltun Babazadə ilə anlaşmanın müddəti 2 illikdir. Nurhan Abdıyev isə 1 illik sözləşməyə imza atıb.

Vumart və Güvən reklamı Vumart Güvən