Xavi Niderland millisinin baş məşqçisi təyin OLUNDU

 23:56 12.08.2026     225

Xavi Niderland millisinin yeni baş məşqçisi təyin olunub. Onunla 2030-cu il Dünya Çempionatına qədər müqavilə imzalanıb.

Redaktor.az xəbər verir ki, bu barədə Niderland Kral Futbol İttifaqının (KNVB) rəsmi saytında məlumat yayıb.

46 yaşlı ispaniyalı mütəxəssis bu vəzifədə Ronald Kumanı əvəz edib. Kumanın rəhbərliyi altında Niderland millisi 2026-cı il dünya çempionatında 1/16 final mərhələsində Mərakeşə 1:1 (penaltilər seriyasında 2:3) hesabı ilə məğlub olaraq mübarizəni dayandırıb.

2010-cu il dünya çempionu olan Xavinin son iş yeri “Barselona” olub. O, 2021-2024-cü illərdə Kataloniya klubuna rəhbərlik edib.

Xədicə BAXIŞLI

Vumart və Güvən reklamı Vumart Güvən