UEFA Superkubokunu bu komanda QAZANDI

 02:25 13.08.2026     475

UEFA Superkubokunun qalibi müəyyənləşib.

Redaktor.az xəbər verir ki, Fransanın PSJ və İngiltərənin “Aston Villa” komandalarını üz-üzə gətirən görüş Avstriyanın Zalsburq şəhərindəki “Red Bull Arena”da təşkil olunub.

Somalidən olan FIFA referisi Ömər Artanın idarə etdiyi qarşılaşma Paris təmsilçisinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Fransa çempionunun heyətində qolları Xviça Kvaratsxeliya və Dezire Due vurublar. İngiltərə klubundan isə Brayan Madjo fərqlənib.

Bununla da parislilər ardıcıl 2-ci dəfə UEFA Superkubokuna sahib çıxıblar.

Qeyd edək ki, ötən mövsüm PSJ Çempionlar Liqasının, “Aston Villa” isə Avropa Liqasının qalibi olub.

Vumart və Güvən reklamı Vumart Güvən