"“Qarabağ” “Dinamo”nu keçməsə, böyük uğursuzluq sayılacaq" - Futbol EKSPERTİ
Bu gün UEFA Konfrans Liqasında pley-off mərhələsinə yüksələn bütün komandalar bəlli olacaq. Azərbaycanı bu turnirdə təmsil edən “Qarabağ” da 3-cü mərhələnin cavab matçına çıxacaq.
Matç ilə bağlı fikirlərini Redaktor.az-a açıqlama verən Emin Abbasov bildirdi ki, həmişə uğurlarına sevindiyimiz "Qarabağ" bu avrokubok mövsümü əvvəlki qədər əzəmətli görünmür:

"Səbəbləri var. Gedənlər oldu, yeni gələnlər hələ uyğunlaşmayıb. Amma buna rəğməm "Qarabağ"ın "Dinamo"nu mübarizədən kənarlaşdıracağına inanıram. Əgər "Qarabağ" bunu bacarmasa, böyük uğursuzluq sayılacaq. Çünki bu "Dinamo" açıq-aşkar zəif görünür. Amma Konfrans Liqasında Liqa mərhələsinə düşmək çətin olacaq. Pley-offa vəsiqə qazansa, "Qarabağ" böyük ehtimalla "Tvente" ilə görüşəcək. Niderland təmsilçisini məğlub etmək indiki halda çox çətin görünür".
NURİYYƏ













