“Qarabağ”ın qələbəsi Azərbaycanın UEFA reytinqindəki əmsalını ARTIRDI
“Qarabağ”ın “Dinamo” Kiyev üzərində qələbəsi Azərbaycanın UEFA reytinqindəki əmsalının yüksəlməsinə səbəb olub.
Redaktor.az xəbər verir ki, Azərbaycan təmsilçisinin UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin cavab oyununda 2:0 hesablı qələbəsi ölkənin reytinqinə 0,500 əmsal əlavə edib.
Bununla Azərbaycanın ümumi göstəricisi 21,687-yə yüksəlib. Ölkə UEFA reytinqində 26-cı pillədə yer alır.
Sloveniya 22,718 əmsalla 25-ci, Slovakiya isə 20,500 əmsalla 27-ci sıradadır.
Reytinq cədvəlinə 101,852 əmsalla İngiltərə başçılıq edir.













