"Sabah" evdə "Kəpəz"i məğlub ETDİ
Misli Premyer Liqasında I turun daha bir oyunu keçirilib.
Redaktor.az xəbər verir ki, günün ikinci matçında "Sabah" "Kəpəz"i qəbul edib.
"Bank Respublika Arena"da keçirilən qarşılaşma meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Masazır təmsilçisinin heyətində Coy-Lens Mikels 72-ci dəqiqədə penaltini dəqiq yerinə yetirib. 90+1-ci dəqiqədə isə Xander Severina "Sabah"ın ikinci qolunu vuraraq hesabı müəyyənləşdirib.













