“Sumqayıt”dan Səbuhi Abdullazadənin əməliyyatı ilə bağlı AÇIQLAMA - VİDEO - YENİLƏNİB

 14:06 17.08.2026     448

“Sumqayıt” Futbol Klubunun əsas komandasının üzvü Səbuhi Abdullazadə əməliyyat olunub.

Redaktor.az xəbər verir ki, klubun yaydığı məlumata əsasən, futbolçunun Bakıdakı özəl xəstəxanalardan birində keçirilən əməliyyatı uğurla başa çatıb.

Bildirilib ki, Səbuhi Abdullazadənin bərpa prosesinin təxminən 5 ay davam edəcəyi gözlənilir.

Futbolçunun təxminən 5 ay sonra meydana qayıda biləcəyi qeyd olunub.

***

“Sumqayıt” kapitanı Səbuhi Abdullazadə özünə ciddi xəsarət yetirib.

Redaktor.az xəbər verir ki, Misli Premyer Liqasının birinci turunda “Neftçi” ilə matçda qırmızı vərəqə alan yarımmüdafiəçi əsəbini stadionun qapısından çıxmaq istəyib. 

24 yaşlı oyunçu qapıya yumruq vurub. Nəticədə qapıdan qopan şüşələr onun ayağına düşüb və futbolçu ciddi zədə alıb. 

Hazırda xəstəxanada olan S.Abdullazadə bu gün əməliyyat olunacaq. Bu barədə saytımıza klubun mətbuat xidmətinin rəhbəri Zaur Xudiyev məlumat verib: “Səbuhinin zədəsi ciddidir. Onun ayağında kəsiklər var. Amma ilkin müayinə olunub və karyerası üçün heç bir təhlükə olmadığı bildirilib. Həkimlərin ilkin rəyi odur ki, əməliyyatdan sonra dəqiq nə zaman yaşıl meydanlara qayıdacağı bəlli olacaq”. 

Qeyd edək ki, Səbuhi Abdullazadə “Neftçi” ilə matçın 74-cü dəqiqəsində rəqib oyunçu Breno Almeydaya qarşı etdiyi hərəkətə görə meydandan qovulub. Onun komandası 1:3 hesablı məğlubiyyətə uğrayıb. 

Vumart və Güvən reklamı Vumart Güvən