“Nyukasl” gürcü futbolçu üçün 47 milyon təklif edə BİLƏR

 18:38 17.08.2026     284

“Nyukasl” klubu hücum xəttini gücləndirmək üçün İspaniyanın “Vilyarreal” komandasında çıxış edən Gürcüstan millisinin futbolçusu Jorj Mikautadzeni transfer etmək niyyətindədir.

Redaktor.az xarici mətbuata istinadən xəbər verir ki, İngiltərə klubu 25 yaşlı hücumçu üçün 47 milyon funt sterlinq məbləğində təklif göndərməyə hazırlaşır.

“Sağsağanlar”ın bu transferdə ciddi rəqabətlə üzləşəcəyi bildirilir. Belə ki, İspaniyanın “Barselona” klubu da gürcü futbolçunun xidmətində maraqlıdır.

Vumart və Güvən reklamı Vumart Güvən