"Kayserispor"un sabiq müdafiəçisi Azərbaycan klubuna KEÇİR

 19:20 18.08.2026     326

"Kayserispor"un sabiq futbolçusu Antoni Uzodimma karyerasını Azərbaycanda davam etdirməyə yaxındır.

Redaktor.az "Fanat"a istinadən xəbər verir ki, 27 yaşlı cinah müdafiəçisi "Karvan-Yevlax" ilə müqavilə bağlamaq üzrədir.

Nigeriyalı oyunçu 2019-2025-ci illər aralığında müqavilə ilə "Kayserispor"a məxsus olub və bu komandanın sıralarında Türkiyə Super Liqasında 36 matça çıxaraq 2 qol vurub. O, icarə əsasında müxtəlif vaxtlarda "Giresunspor" və "Ankara Keçiörengücü"də də oynayıb. Uzoddimanın son iş yeri Şimali Kiprin "Yenoboğaziçı" kollektividir.

Vumart və Güvən reklamı Vumart Güvən