Rusiya millisinin futbolçusu “Qalatasaray”da tibbi müayinədən keçəcək
Rusiya milli komandasının yarımmüdafiəçisi Aleksey Batrakov avqustun 20-də İstanbulun “Qalatasaray” klubunun düşərgəsinə gedərək tibbi müayinədən keçəcək.
Redaktor.az xəbər verir ki, bu barədə insayder İvan Karpov məlumat yayıb.
Mənbənin məlumatına görə, 21 yaşlı futbolçu Moskva hava limanlarından birindən Bakı vaxtı ilə saat 08:00-da “Qalatasaray” prezident Dursun Özbekə məxsus şəxsi təyyarə ilə Türkiyənin paytaxtına yola düşəcək.
Batrakov “Lokomotiv” akademiyasının yetirməsidir. O, ötən mövsüm Rusiya Premyer Liqasının bombardirlər sıralamasında ilk üçlükdə yer alıb və 13 qol vurub.
Futbolçunun klubla müqaviləsi 2028-ci ilin yayına qədər qüvvədədir. “Transfermarkt” 21 yaşlı futbolçunun bazar dəyərini 25 milyon avro qiymətləndirir.
Qeyd edək ki, Rusiya çempionatının ötən mövsümündə “Lokomotiv” 53 xalla üçüncü yeri tutub. Çempion 68 xal toplayan Sankt-Peterburqun “Zenit” klubu olub. “Krasnodar” isə liderdən bir xal geri qalaraq ikinci yeri tutub.
Xədicə BAXIŞLI













