Sabiq futbolçu “Qarabağ”ın “Tvente” qarşısındakı şanslarını ŞƏRH ETDİ
“Qarabağ” bu axşam UEFA Konfrans Liqasının pley-off mərhələsində ilk oyununa çıxacaq. Təmsilçimiz Niderlandda “Tvente”nin qonağı olacaq. Qarşılaşma Bakı vaxtı ilə saat 22:00-da başlayacaq. Cütün cavab oyunu isə avqustun 27-də Bakıda keçiriləcək.
Oyun haqqında düşüncələrini Redaktor.az-a danışan Azərbaycan millsinin sabiq futbolçusu, "Araz-Naxçıvan" futbol klubunun prezidenti Ceyhun Sultanov bildirdi ki, nəsə demək çətindir:

"“Qarabağ”ın ilk oyunu olduğu üçün dəqiq nəsə demək çətindir. Amma ümidvaram ki, “Qarabağ” yaxşı nəticə əldə edəcək. Məncə, ağır oyun olacaq. Çünki "Tvente" hazırda daha yaxşı vəziyyətdədir. Amma “Qarabağ”ın da kifayət qədər təcrübəsi var. Hesabın necə olacağını deyə bilmərəm, amma inanıram ki, “Qarabağ” mübarizə apararaq uğurlu nəticə əldə edə bilər. İnşallah, oyun komandamız üçün yaxşı nəticə ilə başa çatar".
NURİYYƏ













