“Niderlandlılar qələbəyə daha yaxındır” - “Qarabağ” – “Tvente” oyununa PROQNOZ

 16:37 20.08.2026     450

"Bildiyimiz kimi, bu gün UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk oyununda “Qarabağ” Niderlandın “Tvente” qarşılaşacaq. Məncə, bu iki komanda arasında favorit, təbii ki, öz meydanında oynadığına görə “Tvente”dir. Niderland komandası doğma meydanında, öz azarkeşlərinin qarşısında oynayır və bu baxımdan üstün tərəfdir. Amma ümumilikdə turu qiymətləndirəndə “Tvente”ni tam favorit kimi göstərmək olmaz".

Bu fikirləri Redaktor.az-a açıqlamasında idman jurnalisti Kənan Məstəliyev səsləndirdi.

"Əgər “Qarabağ”ın zədələri olmasaydı, cəzalıları olmasaydı, heyətlə bağlı problemləri yaranmasaydı, rahatlıqla deyə bilərdim ki, “Qarabağ”ın turu keçmək ehtimalı ən azı 50-nin 50-yədir. Amma bildiyimiz kimi, Zubir gözlənilmədən “Əl-Əyn” klubuna transfer olundu, Elvin Cəfərquliyevin zədəsi oldu, daha sonra “Şamaxı” ilə matçda Leandro Andrade zədələndi. Eyni zamanda cinah müdafiəçimiz Cəbrayıl Makreckis də “Dinamo” ilə matçda aldığı qırmızı vərəqə səbəbindən iki oyunluq cəzalıdır və bu oyunu buraxır. Yəni heyətlə bağlı problemlərimiz var. Eyni zamanda orta xəttdəki oyunçularımızdan Kadi və Montiel də yaxşı formada deyil".

Neftçi” çempion futbolunu nümayiş etdirmir” - Kənan ...

Müsahibimizin sözlərinə görə, heyət problemlərimiz olmasaydı, daha yaxşı oynaya bilərdik, daha iddialı ola bilərdik.

"Amma ümumilikdə rəqibdən qorxmaq lazım deyil. “Qarabağ” vaxtilə bu komanda ilə səfərdə sərfəli nəticə əldə edərək tarixində ilk dəfə Avrokubokların qrup mərhələsinə vəsiqə qazanmışdı. Yəni “Qarabağ” bu komandadan daha güclü komandaları da məğlub edə bilib. Oynamaq lazımdır. Rəqib hücumameyilli komandadır, hücumda daha çox iştirak edirlər. Hamılıqla hücuma atılırlar və orada təhlükəlidirlər. Amma eyni zamanda müdafiə olunanda problemləri olduğuna görə, onlar qol vurursa, biz də qol vura bilərik. Ümumilikdə səfər matçı olduğundan, təbii ki, niderlandlıların qələbəyə daha yaxın olduğunu düşünürəm. Amma ümumilikdə turla bağlı isə hələ ki, rəqibi heç kim hesabdan silə bilməz. Biz turu keçə də bilərik. Qarşıda cavab matçı var və o, Bakıda oynanılacaq. Öz doğma azarkeşlərimizin qarşısında biz daha iddialı ola bilərik", - deyə K.Məstəliyev yekunlaşdırdı.

Xədicə BAXIŞLI

Vumart və Güvən reklamı Vumart Güvən