“Mənim üçün həyəcanvericidir” - Batrakov “Qalatasaray”a keçidindən danışdı
Rusiya millisinin yarımmüdafiəçisi Aleksey Batrakov “Qalatasaray”a transferini tamamlamaq üçün İstanbula gəldikdən sonra klubun mətbuat xidmətinə ilk açıqlamasını verib.
Redaktor.az xəbər verir ki, futbolçunun sözləri klubun sosial şəbəkə hesablarında yayımlanıb.
“Mənim üçün bu, həyəcanvericidir. Xaricdə ilk təcrübəmdir. Ümid edirəm ki, hər şey yaxşı alınacaq. “Qalatasaray” azarkeşləri Avropanın ən çılğın azarkeşləridir. Onlar üçün mümkün qədər tez oynamaq istəyirəm”, - deyə Batrakov bildirib.
Qeyd edək ki, Batrakovun “Qalatasaray”a transferi hələ rəsmi olaraq açıqlanmayıb.
21 yaşlı futbolçu “Lokomotiv” akademiyasının yetirməsidir. O, ötən mövsüm Rusiya Premyer Liqasının bombardirlər sıralamasında ilk üçlükdə yer alıb və 13 qol vurub. Futbolçunun klubla müqaviləsi 2028-ci ilin yayına qədər qüvvədədir. “Transfermarkt” Batrakovun bazar dəyərini 25 milyon avro qiymətləndirir.
2025/26 mövsümündə Batrakov “Lokomotiv”in heyətində 36 oyuna çıxıb, 17 qol vurub və 12 məhsuldar ötürmə edib. Rusiya çempionatının yeni mövsümünün startında isə 4 matçda iştirak edib və yalnız bir qol vurub. O, “Orenburq”un qapısına fərqlənib.
Qeyd edək ki, ötən mövsüm Rusiya çempionatında “Lokomotiv” 53 xalla üçüncü yeri tutub. Çempion 68 xal toplayan Sankt-Peterburqun “Zenit” klubu olub. “Krasnodar” isə 67 xalla ikinci yerdə qərarlaşıb.
Xədicə BAXIŞLI













