"Qarabağ" Niderlandda "Tvente"ni məğlub ETDİ

 23:53 20.08.2026     524

"Qarabağ" UEFA Konfrans Liqasının pley-off mərhələsində ilk oyununu keçirib.

Redaktor.az xəbər verir ki, Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv Niderlandda "Tvente"nin qonağı olub.

Enshede şəhərində baş tutan qarşılaşma Azərbaycan təmsilçisinin qələbəsi ilə yekunlaşıb - 1:0.

Matçda yeganə qolu 52-ci dəqiqədə Kadi Borges vurub.

Xatırladaq ki, komandalar arasında cavab görüşü avqustun 27-də, saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda start götürəcək.

Vumart və Güvən reklamı Vumart Güvən