"Trabzonspor" evdə uduzdu - UEFA Avropa Liqası

 00:00 21.08.2026     314

Türkiyənin "Trabzonspor" komandası UEFA Avropa Liqasının pley-off mərhələsinin ilk oyununda doğma meydanda Macarıstanın "Ferentsvaroş" klubunu qəbul edib.

Redaktor.az xəbər verir ki, qarşılaşma meydan sahiblərinin məğlubiyyəti ilə yekunlaşıb - 0:1.

Matçda yeganə qolu 17-ci dəqiqədə Kristoffer Zakariassen vurub.

90+6-cı dəqiqədə Çibuyke Nvayvu qırmızı vərəqə alaraq "Trabzonspor"u azlıqda qoyub.

Qeyd edək ki, komandalar arasında cavab qarşılaşması avqustun 27-də keçiriləcək.

Vumart və Güvən reklamı Vumart Güvən