Azərbaycan millisi Portuqaliyanı məğlub etdi - AVRO-2026

 21:53 21.08.2026     288

Bu gün Bakıda qadın voleybolçular arasında Avropa çempionatının C qrupunun qarşılaşmalarına start verilib.

Redaktor.az xəbər verir ki, Azərbaycan millisi ilk oyununda Portuqaliya yığması ilə qarşılaşıb.

Milli Gimnastika Arenasında keçirilən görüşdə Faiq Qarayevin kollektivi 3:1 hesabı ilə qələbə qazanıb.

Qeyd edək ki, Bakıda keçiriləcək qrup oyunları avqustun 28-dək davam edəcək. AVRO-2026 isə sentyabrın 6-da yekunlaşacaq. Turnir Azərbaycanla yanaşı, Türkiyə, İsveç və Çexiyanın ev sahibliyi ilə təşkil olunur.

Vumart və Güvən reklamı Vumart Güvən