Maradonanın “Tanrının əli” qolunda istifadə etdiyi top 3,3 milyon dollara SATILDI

 16:33 24.08.2026     306

Dieqo Maradonanın 1986-cı il Dünya Çempionatında vurduğu məşhur “Tanrının əli” qolunda istifadə olunan top 3,3 milyon dollara satılıb.

Redaktor.az xəbər verir ki, ABŞ-nin “Heritage Auctions” hərrac evində keçirilən satış zamanı “Adidas Azteca” markalı top alıcıya 3,3 milyon dollara başa gəlib.

Məlumata görə, topu həmin oyunun baş hakimi, tunisli Əli Bin Nasser matçdan sonra saxlayıb və 30 ildən çox müddət ərzində qoruyub.

Əli Bin Nasser 2023-cü ildə rəsmi sənədlə topun məhz Argentina və İngiltərə arasında keçirilən 1986-cı il Dünya Çempionatının qarşılaşmasında istifadə olunduğunu təsdiqləyib.

Qeyd edək ki, top ilk dəfə 2022-ci ildə 2,37 milyon dollara satılıb. Lakin növbəti il yenidən hərraca çıxarılsa da, müəyyən edilmiş minimum qiymətə uyğun təklif gəlmədiyi üçün satış baş tutmayıb.

Xatırladaq ki, Argentina və İngiltərə arasında keçirilən həmin matçda Dieqo Maradona Argentina millisinin 2:1 hesablı qələbəsinə iki qolla töhfə verib.

Maradonanın ilk qolu “Tanrının əli”, ikinci qolu isə “əsrin qolu” adı ilə futbol tarixində əfsanəyə çevrilib.

Aminə ŞAHSUVARQIZI

Vumart və Güvən reklamı Vumart Güvən