Tanınmış futbolçu “Trabzonspor”a keçdi

 18:55 24.08.2026     289

Braziliya millisinin sabiq futbolçusu Fabinyo karyerasını Türkiyədə davam etdirəcək.

Redaktor.az xəbər verir ki, 32 yaşlı yarımmüdafiəçi azad agent kimi “Trabzonspor”a keçib.

Təcrübəli oyunçu ilə imzalanmış müqavilənin detalları açıqlanmayıb.

Fabinyo son olaraq Səudiyyə Ərəbistanı təmsilçisi “Əl-İttihad”da çıxış edib.

Vumart və Güvən reklamı Vumart Güvən