"Qarabağ"la həlledici matç öncəsi "Tvente"də ciddi itkilər

 19:33 25.08.2026     523

Bakıda "Qarabağ"ın qonağı olacaq Niderlandın "Tvente" klubu UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab görüşünə ciddi itkilərlə gəlir.

Redaktor.az Niderland mətbuatına istinadən xəbər verir ki, komandanın üç tanınmış siması - Stav Lemkin, Sem Lammers və Kristian Hlinsson zədə üzündən bu vacib matçın iştirak ərizəsində yer ala bilməyəcəklər.

Qeyd edək ki, Niderlandda keçirilən ilk qarşılaşmada "Qarabağ" rəqibini 1:0 hesabı ilə üstələməyi bacarıb. Tərəflər arasındakı həlledici cavab matçı avqustun 27-də, saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq.

Vumart və Güvən reklamı Vumart Güvən