“Sabah”ın Avropadakı yeni hədəfi nə olacaq? - Şərhçidən AÇIQLAMA
Bildiyimiz kimi, dünən "Sabah" komandası tarixində ilk dəfə UEFA Çempionlar Liqasının liqa mərhələsinə vəsiqə qazanıb.
Oyunla bağlı təəssüratlarını Redaktor.az-a bölüşən idman şərhçisi Mikayıl Yusifoğlu bildirdi ki, dünən “Sabah” üçün həm çox çətin, həm də tarixi bir oyun idi:

"Komanda oyuna yaxşı başladı, hesabda iki dəfə geridə olmasına baxmayaraq, sona qədər mübarizəni davam etdirdi və əlavə vaxtda artıq üstünlüyünü tam ortaya qoydu. 5:2 hesablı qələbə və ümumi 6:4 hesabı ilə Çempionlar Liqasının liqa mərhələsinə vəsiqə qazanmaq Azərbaycan futbolu üçün böyük uğurdur. Liqa mərhələsində isə rəqiblərin səviyyəsi daha yüksək olacaq. “Sabah” ilk növbədə müdafiədə daha intizamlı oynamalı, top itkilərinə və standart vəziyyətlərə xüsusi diqqət yetirməlidir. Eyni zamanda, dünənki oyunda göstərdiyi xarakteri və mübarizə əzmini qoruması çox vacibdir. Məncə, komanda bu mərhələdə əsas məqsədi hər oyunda öz futbolunu göstərmək və Azərbaycan futbolunu layiqincə təmsil etmək üzərində qurmalıdır".
Xədicə BAXIŞLI












