"Sabah"ın rəqibləri MÜƏYYƏNLƏŞDİ - YENİLƏNİB

 21:17 27.08.2026     1074

"Sabah"ın UEFA Çempionlar Liqasının əsas mərhələsindəki bütün rəqibləri müəyyənləşib.

Redaktor.az xəbər verir ki, Azərbaycan təmsilçisi "Barselona" (İspaniya), "Borussiya" (Dortmund, Almaniya), "Napoli" (İtaliya) və "Slaviya" (Çexiya) ilə Bakıda üz-üzə gələcək.

Ölkə çempionu "Arsenal", "Mançester Yunayted" (hər ikisi İngiltərə), "Vilyarreal" (İspaniya) və "Vikinq"lə (Norveç) səfərdə qarşılaşacaq.

***

“Sabah”ın UEFA Çempionlar Liqasının 2026/2027 mövsümünün liqa mərhələsində qarşılaşacağı rəqiblər müəyyənləşib.

Redaktor.az xəbər verir ki, Azərbaycan təmsilçisi turnirin əsas mərhələsində İspaniyanın “Barselona”, İngiltərənin “Arsenal” və Almaniyanın “Borussiya” (Dortmund) klubları ilə üz-üzə gələcək.

“Barselona” və “Borussiya” ilə qarşılaşmalar Bakıda, “Arsenal”la oyun isə İngiltərədə keçiriləcək.

UEFA Çempionlar Liqasının liqa mərhələsi sentyabrın 8-də başlayacaq və 2027-ci il yanvarın 27-dək davam edəcək. Turnirin final qarşılaşması isə 2027-ci il iyunun 5-də Madriddə keçiriləcək.

2
Vumart və Güvən reklamı Vumart Güvən