"Beşiktaş" Avropa Liqasının ümumi mərhələsinə ADLADI

 00:00 28.08.2026     276

Türkiyənin "Beşiktaş" klubu UEFA Avropa Liqasının ümumi mərhələsinə vəsiqə qazanıb.

Redaktor.az xəbər verir ki, İstanbul təmsilçisi pley-off mərhələsinin cavab oyununda Litvanın "Kauno Jalqiris" klubuna səfərdə 0:1 hesabı ilə məğlub olub.

Lakin "Beşiktaş" ilk görüşdə 3:0 hesablı qələbə qazandığından iki oyunun nəticəsinə əsasən 3:1 hesabı ilə üstün olub və turnirin ümumi mərhələsinə yüksəlib.

Beləliklə, "Beşiktaş" mübarizəni Avropa Liqasında davam etdirəcək. "Kauno Jalqiris" isə UEFA Konfrans Liqasının ümumi mərhələsində çıxış edəcək.

Vumart və Güvən reklamı Vumart Güvən