"İmişli" "Şəfa"ya minimal hesabla qalib GƏLDİ

 22:46 29.08.2026     547

Misli Premyer Liqasında III turun daha bir oyunu keçirilib.

Redaktor.az xəbər verir ki, günün ikinci matçında "Şəfa" "İmişli"ni qəbul edib.

Qarşılaşma bölgə təmsilçisinin səfər qələbəsi ilə yekunlaşıb - 0:1.

55-ci dəqiqədə Seyxan Fərəcov fərqlənib.

Bu nəticədən sonra xallarının sayını 4-ə çatdıran "İmişli" dördüncü pilləyə yüksəlib. "Şəfa" 3 xalla 7-ci sıradadır.

Günün ilk görüşündə "Qəbələ" evdə "Şamaxı" ilə heç-heçə edib - 0:0.

Xatırladaq ki, turun digər matçları 30-31 avqustda keçiriləcək.

Vumart və Güvən reklamı Vumart Güvən