“Atletiko Madrid” səfərdə “Sevilya”nı məğlub ETDİ
İspaniya La Liqasının 3-cü turunda “Sevilya” doğma meydanda “Atletiko Madrid”i qəbul edib.
Redaktor.az xəbər verir ki, görüş Madrid klubunun 3:1 hesablı qələbəsi ilə başa çatıb. “Atletiko” ilk hissədə rəqibinin qapısından üç top keçirərək oyunun taleyini böyük ölçüdə həll edib.
Hesabı 4-cü dəqiqədə Alexandro Baena açıb. 26-cı dəqiqədə Ademola Lukman fərqi iki topa çatdırıb. Baena 33-cü dəqiqədə özünün ikinci qolunu vuraraq ilk hissənin nəticəsini 0:3 müəyyənləşdirib.
“Sevilya” ikinci hissədə fərqi azaltmağa çalışıb və 66-cı dəqiqədə Miqel Syerra komandasının ilk qolunu vurub. Lakin meydan sahibləri bundan artığına nail ola bilməyiblər.
Beləliklə, “Atletiko Madrid” mövsümdə üçüncü oyununda ikinci qələbəsini qazanaraq xalını 7-yə yüksəldib. “Sevilya” isə ilk məğlubiyyətini alıb.
Turan ASLAN













