"Barselona" bu futbolçunu satdı
"Barselona”nın müdafiəçisi Ektor Fortun “Real Sosyedad”a keçib.
Redaktor.az xəbər verir ki, bu barədə Kataloniya klubunun mətbuat xidməti məlumat yayıb.
İspaniya mətbuatı bu transferin məbləğinin 8 milyon avro olduğunu yazıb.
Qeyd edək ki, Fort ötən mövsümü “Elçe”də icarə əsasında keçirib. O, 14 matçda iştirak edib, 2 qol vurub və 2 məhsuldar ötürmə edib.













